500 əcnəbi cəzalandırıldı

500 əcnəbi cəzalandırıldı
  24 Aprel 2013    Oxunub:1556
Ötən həftə 500-dən çox əcnəbi Azərbaycan ərazisindən çıxarılıb.
Dövlət Miqrasiya Xidmətindən AzVision.az-a verilən məlumata görə, 15-19 aprel tarixlərində Bakı şəhərində, həmçinin respublikanın digər şəhər və rayonlarında keçirilən tədbirlər və aparılan araşdırmalar nəticəsində 593 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 43 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb.

Bundan başqa, 511 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 33 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

Həmçinin, 6 nəfər əcnəbinin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən, onlara aid olan itirilmiş sənədləri yenisi ilə əvəz olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti