Həftəsonu gəzməli hava
Mülayim şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 7-12, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcəyədək isti olacağı gözlənilir.
Rayonlarda sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12, gündüz 20-25, bəzi yerlərdə 28-30, dağlarda gecə 1-6 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 3-8 dərəcə şaxta, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcəyədək isti olacaq.