TQDK döyülmə xəbərini təkzib etdi

TQDK döyülmə xəbərini təkzib etdi
  26 Aprel 2013    Oxunub:1569
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün mətbuatda ekspertlərinin döyülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Məlumata görə, aprelin 25–də Bakı şəhəri 53 saylı orta ümumtəhsil müəssisəsində keçirilən monitorinq imtahanı ilə bağlı bəzi kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

TQDK bununla əlaqədar olaraq bildirir ki, Bakı şəhəri Yasamal rayonu 53 saylı orta ümumtəhsil müəssisəsində aprelin 25-də fizika fənni üzrə keçirilən monitorinq imtahanında XI sinif şagirdlərindən bir neçəsi imtahanın gedişinə mane olaraq intizamsız hərəkətlər ediblər.

Bu, imtahan rəhbəri tərəfindən tənbehlə qarşılanıb və onlara sərt şəkildə xəbərdarlıq edilib.
İmtahan rəhbərinin sərt reaksiyası şagirdlər tərəfindən kobudluqla qarşılanıb.

İmtahan prosesinin təlimata uyğun qaydada aparılmasını təmin etmək mümkün olub.

Qeyd edirik ki, Komissiya nümayəndələrinin döyülməsi və guya imtahan zamanı hicablı şagirdə geyiminə görə irad bildirilməsi ilə bağlı əvvəlcə sosial şəbəkələrdə, daha sonra KİV-də yayılmış şayiə xarakterli məlumatların heç bir əsası yoxdur.

Xatırladaq ki, Yasamal rayonunda yerləşən 53 saylı məktəbdə TQDK nümayəndələri ilə məktəb şagirdləri arasında xoşagəlməz hal yaşayıb. Belə ki, TQDK-nın nümayəndələri 11-ci sinifləri yoxlamaq üçün adı çəkilən məktəbə yollanıb. Sinfə daxil olan nümayəndələr 11-ci sinifdə bir qızın hicablı olduğunu görüb ondan tələb ediblər ki, təcili başını açsın. Hicablı şagird soyuqqanlılıqla “açmıram” deyib. Bunu görən və pərt olan həmin TQDK nümayəndəsi sinif qarşısında "yüz oyundan çıxırlar, sonra da başlarını bağlayırlar" deyərək qızı təhqir ediblər. Dərsdən sonra sinif oğlanları məktəbin həyətinə yığılıb həmin şəxsləri döyüblər.


Teqlər:





Xəbər lenti