Bakıda intihar edən qız vitse-prezidentin qızıdır

Bakıda intihar edən qız vitse-prezidentin qızıdır
  29 Aprel 2013    Oxunub:3768
Bakıda 16-cı mərtəbədən yıxılaraq ölən azyaşlı qızın şəxsiyyəti müəyyənləşib.
Nəsimi rayon Polis İdarəsindən AzVision.az-a verilən məlumata görə, ötən gecə saat 23.00 radələrində bir nəfər Bakı şəhəri Nəsimi rayonu, 28 may küçəsi ev 62 ünvanının 16-cı mərtəbəsindəki mənzilin açıq eyvanından özünü уеrə ataraq intihar edib.

İdarədən sonra verilən məlumatda intihar edən şəxsin kimliyi məlum olub: 2000-ci ildə Bakı şəhərində anadan olmuş, natamam orta təhsilli, subay, azərbaycanlı, işləməyən, Bakı şəhəri Nəsimi rayonu 28 may küçəsi ev 62 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti Rasim Məmmədovun qızı Məmmədova Sunay Rasim qızıdır.

Baş vermiş hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti