Araq əvəzinə içdiyi məhluldan öldü
Məlumat əsasında hadisə yerinə baxış keçiriluib, meyitin xarici və daxili müayinəsi aparılıb və məhkəmə- tibb ekspertizası təyin edilib.
Zirəddin Əliyevin arvadı Qasımova Yeganə Cəmil qızının bildirdiyinə görə əri 29 apreldə təxminən saat 6-da içkili vəziyyətdə yaşadığı evə gəlib, evin həyətində bostanda ziyanvericilərə qarşı istifadə edilən qabaqcadan hazırlanmış məhlulu səhvən içib. Zirəddin Əliyevə ilkin yardım göstərilmiş, daha sonra Qazax RMX-na aparılmış və müayinə zamanı onun artıq öldüyü məlum olub.