“BDU-da bu imkan yoxdur” - AÇIQLAMA

“BDU-da bu imkan yoxdur” - AÇIQLAMA
  30 Aprel 2013    Oxunub:1645
“BDU-da tibb fakültəsinin açılması üçün lazımi baza yoxdur”.
Bunu AzVision.az-a açıqlamasında təhsil nazirliyi aparatının rəhbəri İlham Pirməmmədov bir neçə gün bundan əvvəl Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov təhsil müəssisəsində tibb fakültəsi açılması barədə verdiyi məlumata münasibət bildirərkən deyib:

“Tibb ixtisası elə bir ixtisasdır ki, onu hər ali məktəbdə təşkil etmək olmaz. Bunun üçün yüksək texniki imkanlar, kadr potensialı lazımdır. Belə bir şey hələ ki, nəzərdə tutulmayıb”.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bir müddət öncə bildirmişdi ki, BDU-da tibb fakültəsi açıla bilər və bu istiqamətdə məsləhətləşmələr aparılır.

2006-cı ildə Təhsil Nazirliyinin kollegiyası Azərbaycandakı bütün özəl ali məktəblərin tibb fakültələrinin bağlanması barədə qərar qəbul etmişdi. Elə həmin ildən də özəl ali məktəblərdə bu fakültələr ləğv edildi. Nazirlik özəl ali məktəblərdə bu fakültələrin bağlanmasını o məktəblərin maddi-texniki bazasının zəifliyi ilə əlaqələndirmişdi.


Anar


Teqlər:  





Xəbər lenti