Avropa Birliyində işsizlik rekordu

Avropa Birliyində işsizlik rekordu
  02 May 2013    Oxunub:1689
Avrozonaya daxil olan 17 dövlətdə işsizliyin səviyyəsi əmək qabiliyyətli əhali arasında 12,1 %- çataraq, bu ilin mart ayında rekord həddə çatıb. Bu barədə Avropa Statistika Agentliyi - Avrostat məlumat yayıb. Xatırladaq ki, bu göstərici fevral ayı üçün 12% təşkil edib.
Bununla bərabər, Avropa Birliyinin bütün 27 ölkəsində işsizlik fevral ayı ilə müqayisədə dəyişməz qalıb və 10,9% təşkil edib. İşsizlərin sayı isə 26,5 milyonu ötüb.

Avrostat il ərzində işsizliyin belə sürətlə artımını təhlükəli hesab edir. Belə ki, 2012-ci ilin martında avro və Avropa Birliyi zonası üzrə göstəricilər müvafiq olaraq 11,0 və 10,3 % təşkil edirdi.

İşsizliyin ən aşağı səviyyədə olduğu ölkələrin siyahısı dəyişməz qalıb. Məşğulluqla bağlı ən yaxşı vəziyyət Avstriyadadır, bu ölkədə işsizlik 4,7 % , Almaniyada - 5,4% , Lüksemburqda isə- 5,7%. təşkil edir.

Problemli ölkələrə gəlincə isə, işsizlik dərəcəsi üzrə birinci yerə 27,2%-lə Yunanıstan çıxıb. İkinci yerdə 26,7% -lə İspaniya, üçüncü yerdə isə Portuqaliya qərar tutub.- 17,5%.

Ekspertlər qeyd edirlər ki, daha problemli ölkələrdə işsizlik artıq sistemli xarakteri daşıyır. Belə ki, ən optimist proqnozlara görə İspaniya, 2016-cı ilədək işsizliyin səviyyəsini 25%-ə qədər azalda biləcək. Halbuki, cəmi beş il əvvəl Avropada işsizliyin göstəricisi (25%) nəinki qəbuledilməz və ya tamamilə qeyri-mümkün hətta ölkəni inqilab həddinə çatdıra biləcək hesab edilirdi.

2013-cü ilin martında İtaliyada işsizlik 11,5%-ə qədər azaldı, halbuki ekspertlər fevralda onun 11,6%-dən 11,7%-ə qədər artacağını gözləyirdilər. Bunu Avrostatın məlumatları da təsdiq edir.

İşsizliyin səviyyəsi 2012-ci ilin oktyabrında İtaliyada 11% artmışdı, halbuki bundan əvvəl yarım il ərzində bu rəqəm 10% bərabər idi. Analitiklər İtaliyada işsizliyin səviyyəsinin artmasını ölkədə mövcud iqtisadi problemlər və siyasi böhranla bağlayırlar.

Mütəxəssislər həmçinin vurğulayırlar ki, Avropada “qismən işsizlik” fenomeni artır. Bu zaman rəsmən işləyən insanlar yalnız həftədə bir neçə gün işləməyə, yaxud məcburi məzuniyyətlərə getməyə sövq olunurlar. Bu hadisələr ümumi statistikaya düşmür.

AzVision.az


Teqlər:  





Xəbər lenti