Neftin Rusiya ərazisi ilə tranziti ilin sonunadək davam edəcək

Neftin Rusiya ərazisi ilə tranziti ilin sonunadək davam edəcək
  15 May 2013    Oxunub:1200
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) iqtisadi cəhətdən məqsədəuyğun olacağı təqdirdə, Bakı-Novorossiysk boru kəməri üzrə neftin tranzitini davam etdirəcək.
Bunu jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, mövcud müqaviləyə əsasən, tərəflər yarım il ərzində hər hansı dəyişikliklər barədə xəbərdar edə bilərlər. Müvafiq olaraq, Rusiya tərəfinin fəaliyyəti Azərbaycan üçün gözlənilməz olmadı.

ARDNŞ prezidenti qeyd edib ki, cari ilin sonunadək tədarüklər mövcud sazişə uyğun olaraq həyata keçiriləcək.

Tərəflər, həmçinin Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri üzrə nəqlinin kommersiya şərtlərinə dair danışıqlar aparacaq və bir sıra görüşlər keçirəcəklər.

Abdullayev xüsusilə bildirib ki, Novorossiysk limanında neftin keyfiyyət bankının təminatı, onun vasitəsilə üçüncü ölkələrə neftin nəqli və reversin təminatı imkanları məsələləri müzakirə ediləcək.

ARDNŞ üçün şərtlər iqtisadi cəhətdən məqsədəuyğun olacağı təqdirdə, şirkət tədarükü davam etdirəcək.
"İqtisadi cəhətdən məqsədəuyğun olmayacağı halda isə tədarüklər həyata keçirilməyəcək", - Abdullayev deyib.

O qeyd edib ki, Bakı-Novorossiysk boru kəməri Azərbaycan neftinin tədarükünün şaxələndirilməsi marşrutlarından biridir, lakin bu prosesin dayandırılması ölkə üçün problem olmayacaq.
"Bizim Bakı-Tbilisi-Ceyhan (70 faiz yüklənib), Bakı-Supsa marşrutumuz, həmçinin dəmiryol əlaqəmiz var", - Abdullayev qeyd edib.

ARDNŞ prezidenti bildirib ki, bu, kommersiya qərarıdır və mövcud məsələ siyasi müstəvidən iqtisadi müstəviyə keçib.

Onun sözlərinə görə, ARDNŞ Rusiya tərəfinin qərarına anlayışla yanaşır.(trend)


Teqlər:  





Xəbər lenti