Məleykə Abbaszadə məcburi köçkünlərlə görüşüb

Məleykə Abbaszadə məcburi köçkünlərlə görüşüb
  15 May 2013    Oxunub:1455
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə TQDK-nın Gəncə regional bölməsində Gəncə şəhər, Göygöl, Samux, Goranboy, Naftalan, Şəmkir, Daşkəsən, Gədəbəy rayon sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşə gələnlərin sorğu və müraciətləri, əsasən, təhsil məsələləri ilə bağlı olub.

Vətəndaşlar eyni zamanda buraxılış sınaq və qəbul imtahanlarına dair sorğu, fikir və təkliflərini bildiriblər. Onların müəyyən hissəsi isə TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı olub.

Həmin müraciətlər qeydiyyata alınıb, nəzarətə götürülməsi və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara çatdırılacaq.

TQDK sədri tərəfindən növbəti görüş mayın 16-da Qazax şəhərindəki Qazax Şahmat Mərkəzində keçiriləcək. Qəbulda Qazax, Agstafa və Tovuz rayonlarının sakinləri iştirak edə bilərlər.


Teqlər:  





Xəbər lenti