Mikayıl Cabbarovun “işdən çıxardığı” direktor danışdı

Mikayıl Cabbarovun “işdən çıxardığı” direktor danışdı
  15 May 2013    Oxunub:1337
“Deyirlər ki, guya məni işdən çıxarıblar”
“Bu barədə söz-söhbət mənə də çatıb. Deyirlər ki, guya məni işdən çıxarıblar, amma hələ ki öz yerimdəyəm, işdən çıxarılmamışam”. Bu sözləri AzVision.az-a açıqlamasında 270 saylı orta məktəbin direktoru Talıb Rəhimov təhsil naziri tərəfindən işdən azad olunma xəbərinə münasibət bildirərkən deyib. O, bildirib ki, bu xəbər tam əsassızdır və uydurma xəbərdir.

Direktorun işdən çıxarılmasına səbəb kimi valideyndən 100 manat tələb etməsi xəbərinə məktəb direktoru bu cür münasibət bildirib “Bu xəbəri həbsxanada neçə il yatan bir şəxs yayıb. Hövsanda dələduzun biridir. Bu xəbəri niyə yayıb mən də bilmirəm, 58 yaşım var. Onsuz da nə vaxtsa işdən çıxacam. İndi belə bir xəbər yaradıblar, nazir özü necə bilər, elə də edər”

Qeyd edək ki, mətbuatda adıçəkilən məktəb direktorunun işdən çıxarılma xəbəri yayılıb. Səbəb kimi birinci sinfə şagird qəbul edərkən valideyndən 100 manat tələb etməsi göstərilir.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti