Millət vəkilləri Avropa Parlamentinə etiraz məktubu göndərdilər

Millət vəkilləri Avropa Parlamentinə etiraz məktubu göndərdilər
  15 May 2013    Oxunub:1500
Avropa Parlamenti qərar və qətnamələrə hörmətlə yanaşmalıdır
Milli Məclisinin deputatları Vahid Əhmədov və Əli Məsimli bu günlərdə Avropa Parlamentininin bir qrup üzvünün Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindəndən işğal edilmiş Yuxarı Qrabağa səfəri ilə bağlı etiraz bəyanatı ilə çıxış ediblər.

Bəyanat Avropa Parlamentinin prezidentinə göndərilib.

AzVison.az saytı Vahid Əhmədov və Əli Məsimlinin Avropa Parlamentinə göndərdikləri bəyanatın mətnini təqdim edir:

Hörmətli cənab Prezident,
hörmətli həmkarlar!

Sizə məlum olduğu kimi, 25 ilə yaxındır ki, Azərbaycan öz iradəsindən asılı olmayan səbəblər üzündən cəlb edildiyi, onun ərazisinin 20 %-nin işğalı ilə nəticələnən hərbi münaqişənin və təcavüzkar separatizmin törətdiyi problemləri yaşayır. Azərbaycanın Yuxarı Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal edilmiş, 1992-ci ilin fevral ayının 26-da əsrin ən böyük faciələrindən biri olan Xocalı soqırımı törədilmişdir.İşğal nəticəsində 1 milyondan artıq Azərbaycan vətəndaşı məcburi köçkün həyatı yaşamağa məhkum edilmişdir. Bununla əlaqədar olaraq, BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyən və işğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən 4 qətnamə qəbul etmşdir.Bundan əlavə Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyən və işğal altında olan Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamələrinin də olduğu sizlərə məlumdur. Çox təssüf ki, indiyəcən bu sənədlərin heç biri hələ də reallaşmamışdır. Belə vəziyyət Cənubi Qafqazda onsuz da gərgin olan durumu daha da gərginləşdirir,bu reğiondan keçən iri kommunikasiya xəttlərinin davamlı fəaliyyətinə təhlükə yaradır.

Öz xarici siyasətində daim digər ölkələrin ərazi bütövlüytünə və suverenliyinə hörmətlə yanaşan Azərbaycan Respublikası, haqlı olaraq belə münasibəti adekvat olaraq özünə münasibətdə də həyata kecirilməsini, beynəlxalq hüquq və Avropa dəyərlərindən söhbət açıldıqda, ikili standartlara yol verilməməsini tələb edir. Azərbaycan Avropanın bir nömrəli probleminə çevrilən enerji təhlükəsizliyi məsələsində necə səy göstərirsə, Avropa Birliyi də Azərbaycanın bir nömrəli problemi olan ərazı bütöblüyü kimi həssas bir məsələdə beynəlxalq səviyyədə qəbul olan sənədlərə hörmətlə yanaşmalıdır. Azərbaycanın Dağlıq Qarabağ ərazisi dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. Bu, bütün BMT-dən, ATƏT-dən tutmuş dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarının qərarlarında belə öz təstiqini tapır. Ona görə də Avropalı parlamentarilərin Dağlıq Qarabağa səfəri beynəlxalq hüququn norma və prinsiplərinə zidd addımdır.Biz Azərbaycan Parlamentinin üzvlərinin bu gün Sizlərə müraciət etməsinin məğzində də bu yanaşma durur.Çox təəsüf hissi ilə sizə bildiririk ki, bir neçə gün əvvəl Avroparlamentin bir neçə üzvü Azərbaycan Respublikasının suveren hüquqlarına hörmətsizlik nümayiş etdirərək, onun icazəsi olmadan, işğalçı ölkə (Erməniztan Respublikası) üzərindən Azərbaycanın işğal olunmuş Yuxarı Qarabağ bölgəsinə səfər etmiş, qondarma, heç bir beynəlxalq qurum və dövlət tərəfindən tanınmamış “Dağlıq Qarabağ” da görüşlər keçirmiş, separatçılara özlərini tanıtmaları istiqamətində hər cür yardım edəcəkləri vədini vermiş, bir növ öz üzərlərinə separatçıları dəstəkləmək öhdəlikləri götürmüşlər. Baş verən bu hadisəyəyə Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan iqtisadi-siyasi münasibətlər, eləcə də “Şərq Tərəfdaşlığı” prizmasından yanaşdıqda, heç bir ölçüyə sığmır, hiddət doğurucu, qarşılıqlı münasibətlərə ciddi zərbə vuran hal kimi dəyərləndirilməlidir.

Hörmətli prezident, hörmətli həmkarlar, Şərq Tərəfdaşı ölkələrinə qarşı Avropa Parlamentinin münasibətindəki ikili standartları nə vaxt aradan qaldırmağı düşünürsünüz?

Hörmətli Prezident, hörmətli həmkarlar, Azərbaycan Milli Məclisinin üzvləri kimi biz baş verən sonuncu hadisəni Avropa Parlamentinin sülh, demokratiya və hüququn aliliyinə hörmətsizlik nümayiş etdirmiş həmin üzvləri tərəfindən siyasi korrupsiyaya və beynəlxalq hüququn təməl prinsiplərinə etinasızlıq, qanunazidd lobbiçilik, mənşəyinin şübhəli təmannalıq prinsiplərindən qaynaqlanan qərəzli, beynəlxalq hüquq normalarına və dəyərlərə zidd, siyasi diplomatik etikaya, Azərbaycan Respublikasının süveren hüquqlarına hörmətsizlik, qarşılıqlı əməkdaşlığa ciddi zərbə vuran bir hadisə kimi dəyərləndirir,onu pisləyir,sizləri bu məsələyəyə münasibət bildirməyi və belə hərəkətlərin qarşısının alıması üçün müvafiq tədbirlər görməyə çağırırıq.

Hörmətli Prezident, hörmətli həmkarlar,ümidvarıq ki, sizə ünvanladığımız bu müraciət birincisi,cavabsız qalmayacaq, ikincisi,siz hüququn aliliyini dəstəkləyərək, qonşu dövlətin ərazisini işğal altında saxlayan Ermənistan qoşunlarını Azərbaycan ərazilərindən geri çağırmaq barədə Avropa Parlamentinin dəfələrlə etdiyi çağırışlar barədə qərar və qətnamələrə hörmətlə yanaşacaqsınız.

Hörmətlə,
Vahid Əhmədov,
Əli Məsimli
Azərbaycan Respublikası Milli Məclisinin üzvləri



Teqlər:  





Xəbər lenti