Azərbaycanda əhalinin gəlirləri 10,3 milyard manat olub

  Azərbaycanda əhalinin gəlirləri 10,3 milyard  manat olub
  16 May 2013    Oxunub:1358
Gəlirlərin 69,4 faizi son istehlaka yönəldilib

Dövlət Statistika komitəsindən AzVision.az-a verilən məlumata görə 2013-cü ilin yanvar-aprel aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq 10,3 milyard manata çatıb, onun hər nəfərə düşən həcmi orta hesabla 1108,7 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 3,5 faiz bəndi üstələyərək 4,9 faiz olub.
Bu dövr ərzində gəlirlərin 69,4 faizi son istehlaka, 9,3 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 19,5 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Əhalinin sərəncamında qalan 9,3 milyard manatlıq gəlir əvvəlki ildəkinə nisbətən 6,1 faiz artıb.

AzVison.az



Teqlər:  





Xəbər lenti