Roland Kobia: “Azərbaycan gələcəyə inamla baxır”

Roland Kobia: “Azərbaycan gələcəyə inamla baxır”
  16 May 2013    Oxunub:1427
“Azərbaycan qısa müddətdə yüksək profilli beynəlxalq iştirakçıya çevrilib, regional məsələlərdə güclü mövqeyə malik olub və Avropa İttifaqının ümumi təhlükəsizliyinə birmənalı şəkildə böyük töhfə verib. Azərbaycan öz keçmişilə fəxr edir, bu gününü idarə edir və gələcəyə inamla baxır”.
Bu sözləri Avropa Günü münasibətilə keçirilən mərasimdə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia deyib.

Azərbaycanda diplomatik missiyasının bitməsindən təəssüfləndiyini deyən səfir yaxın gələcəkdə Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin yüngülləşdirilməsinə dair danışıqların bitməsinin şahidi olmaq istədiyini söyləyb: “Bu, insanlarımızı daha da yaxınlaşdırmağa və daha da sıx əlaqələr qurmağa imkan verəcək”.


Teqlər:





Xəbər lenti