“Cənub qaz dəhlizi enerji xəritəsini yenidən formalaşdıracaq”

“Cənub qaz dəhlizi enerji xəritəsini yenidən formalaşdıracaq”
  16 May 2013    Oxunub:1468
“Avropaya alternativ mənbələrdən ilk dəfə olaraq qaz nəql ediləcək”
“TANAP qaz boru kəməri və onun davamı olan TAP və Nabucco-West kəməri Avropanın enerji xəritəsinin yenidən formalaşmasına səbəb olacaq”. AzVision.az-a açıqlamasında bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı ekspert İlham Şaban “cənub qaz dəhlizi” ifadəsinə aydınlıq gətirərkən deyib.O, bildirib ki, bu qaz kəmərləri ilə Avropaya alternativ mənbələrdən ilk dəfə olaraq qaz nəql ediləcək: “ Ona görə də Avropanın enerji xəritəsində bir dəyişiklik baş verəcək”

Qeyd edək ki, prezident İlham Əliyev Avstriyada səfərdə olarkən bildirib ki, Azərbaycan tərəfindən irəli sürülmüş "Cənub qaz dəhlizi" üzərində işlənilir. "Cənub qaz dəhlizi"nin reallaşdırılması üçün bir çox praktiki addımlar atılıb və üzərimizə maliyyə öhdəlikləri götürmüşük. Bu layihə Avropa üçün təchizat, bizim üçün qanunvericiliklə tənzimlənən və çox etibarlı olan yeni böyük proqnozlaşdırılan bazara giriş olacaq. Bu, Avropa və Azərbaycan üçün hər tərəfdən uduşlu variantdır.

Onun sözləri ilə razılaşan İlham Əliyev isə, Trans-Anadolu qaz kəmərinin adını çəkib.

"TANAP layihəsi Azərbaycan qazı üçün Avropaya qapı açmış olacaq", Əliyev deyib. Cənub Qaz Dəhlizinin Avropa İttifaqına təbii qazın nəqli marşrutlarının şaxələndirilməsi və birbaşa enerji və nəqliyyat əlaqələrinin yaradılması üzrə iki ölkənin strateji məqsədlərinə uyğun gəldiyini, həmçinin sözügedən Dəhlizin Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyi” vurğulanıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti