Zahid Oruc: “Bir deputatın həyatı 65 min manata sığortalanır”

Zahid Oruc: “Bir deputatın həyatı 65 min manata sığortalanır”
  16 May 2013    Oxunub:1334
“65 minin 10-15 % tibbi səviyyəyə yönəlsə”
“Mən hesab edirəm ki, sığorta qrumlarının parlamentdə hesabatlarını dinləməliyik. Bilməliyik ki, daha hansı nöqtələrdə bu proseslər vətəndaşın mənafelərinə zidd şəkildə həyata keçirilir” .
Bu sözləri AzVison.az saytına millət vəkili Zahid Oruc Azərbaycanda həyata keçirilən məcburi sığorta əməliyatları haqqında danışarkən deyib. Deputat bildirib ki, sığorta haqqı ödəyən vətəndaşların əksəriyyəti heç də sığortalanmaq hüquqlarından yararlana bilmir.

“Azərbaycan cəmiyyətində bu məsələ ilə bağlı baxışlar ondan ibarətdir ki, sığorta insanları müxtəlif qəza hallarından, qəzaya düşərkən ondan sonra ağır nəticələrindən çıxarmır. Hər hansısa bir xüsusi kömək rolunda çıxış etmir. Bu halda biz düşünməliyik ki, niyə qəbul etdiyimiz qanun belə pis işləyir. Bunun müqabilində isə sığorta qurumları bu prosesdə milyonlarla manat gəlir əldə edirlər . Halbuki, Avropa ölkələrinin praktikasında sığorta sistemi ictimai həyatın bütün sferalarını əhatə edibdir. Və orada ödənilən vəsaitlər də elə bir şəkildədir ki, bu halda vətəndaşın istər özəl , istərsə də dövlət sığorta qurumları vasitəsi ilə həyatı hər zaman qorunur. Bizdə mövcud olan həyat sığortasının durumunu parlamantdə də təqdim etməyə çalışdım. Bir deputatın həyatı 65 min manata sığorta edilir. Amma bunu ölərək qazanmaq mümkündür kimi bir durum ortadadır. Mən obrazlı şəkildə buna belə deyərdim ki, hec bir tabutun gözəlliyi adamı ölümə sövq edə bilməz. Deməli onun insan həyatının hər hansısa bir hissəsində, tibbi sığortada rolu yoxdursa elə də bir önəm daşımayacaq. Halbuki, 65 minin 10-15 % tibbi səviyyəyə yönəlsə paralament üzvünün ömrünü daha da uzatmaq mümkün olardı və heç onun ölüm sığortasına da ehtiyac qalmazdı.Faktiki olaraq bizim nəqliyyat sistemimizdə ki, durum, mənzillərin, o cümlədən daşınmaz əmlakın və s. sığortalanması məsələlərində də problemlər yaşanmaqdadır”-deyə, Z. Oruc əlavə edib.

Deputat bildirir ki, qəzadan ziyan çəkmiş tərəfin müvafiq icra hakimiyyətindən və ekspertizadan keçmiş sənədlərindən sonra bütün bu ödəmələr həyata keçirilməlidir :

“Lakin bu o qədər brüokratik vasitə ilə reallaşır ki, o halda vətəndaşın vəsaiti alması mümkünsüzləşir .Kreditlərin götürülməsində girov qoyulma əməliyytaları zamanı sığorta müqailəsi də imzalanır . Elə hallar var ki, 500 manat və yaxud da bundan yuxarı vəsaitlər ödənilir. Hələ mən bir adam tanımıram desin ki , mən həmin o ipotekanın qaytarılmasında sığortalanmış əmlaka və yaxud da ki vəsaitə görə həmin qrumdan hansısa bir yardım aldım. Mən dəfələrlə belə bir vəziyyətlə qarşılaşmışam ki, ayrı -ayrı insanların məhkəmə qrumları vasitəsi ilə kredit borcunun ödənilməsi tədbirləri həyata keçirilən zaman hətta mənzillərindən çıxarıldığı halda belə həmin sığorta məsələləri elə bil ki, mövcud deyil. Mən düşünürəm ki, buna görə parlamentin də məsuliyyəti var və sığortaçıların mənafelərini müdafiə edən ictimai qurumları bu prosesə cəlb edərək qanunu təkmilləşdirməliyik”.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti