“Steneoqramların yerləşdirilməsində problem yoxdur”

“Steneoqramların yerləşdirilməsində problem yoxdur”
  17 May 2013    Oxunub:1141
“Steneoqramların yenilənməsində heç bir problem yoxdur. Vaxtaşırı bütün iclasların mətnləri saytda yerləşdirilir”.

Bu sözləri AzVision.az-a açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. O, bildirib ki, 15 martdan bəri iclasların steneoqramlarının saytda yerləşdirilməməsi texniki problemlə bağlı ola bilər:

“Bilirsiniz ki, steneoqramların hazırlanması biraz vaxt alır. Buna baxmayaraq, bütün iclasların steneoqramları Milli Məclisin saytına yerləşdirilir”.

Qeyd edək ki, Milli Məclisin rəsmi saytında son dəfə 15 mart tarixində olan iclasın steneoqramı yerləşdirilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti