Baş Prokuror vətəndaşları qəbul edib

Baş Prokuror vətəndaşları qəbul edib
  17 May 2013    Oxunub:1367
Azərbaycanın Baş prokuroru Zakir Qaralov Lənkəran Rayon Prokurorluğunun binasında cənub bölgəsinin Lerik, Astara, Masallı, Lənkəran və Yardımlı rayonlarından olan vətəndaşların qəbulunu keçirib.
Baş prokuror Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin qarşısında şəhid ailələri, müharibə əlilləri və rayonda məskunlaşmış qaçqın və köçkünlərlə görüşərək onların problemləri, güzəranı ilə maraqlanıb, bölgəyə səfərinin məqsədi barədə onlara məlumat verib.

Qaralov Lənkəran Rayon Prokurorluğunun qarşısında müraciət edənlərlə görüşüb, hər kəsin tək-tək qəbul ediləcəyini və şikayətlərinə baxılacağını bildirib. Daha sonra Lənkəran, Astara, Lerik, Yardımlı və Masallı rayonlarından olan şikayətçilərin tək-tək qəbulu başlanıb.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbul zamanı isə Zakir Qaralov vətəndaşların müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib. Müraciət edənlər səmimi qəbula və göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Günorta saatlarınadək qəbul edilən 30-a yaxın vətəndaşın müraciətinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.(trend)


Teqlər:  





Xəbər lenti