Çaqqal təfəkkürlülər

Çaqqal təfəkkürlülər
  31 May 2013    Oxunub:2758
Əsəd Qaraqaplan

Bunu əsgərlikdə başıma gələn bir hadisədən sonra anladım...
Bir dəfə çavuşlardan biriylə aramızda mübahisə düşdü və o, mənə - sıravi bir əsgərə rütbəsindən istifadə edərək hamının içində nəsə təhqiramiz söz dedi. Düzü, mənə ən çox bunun rütbəsindən sui-istifadə etməsi yer elədi. Mən də onu çəkib kənara təkbətək "söhbət" eləmək istədim. Bu adam yenə "çaşınca", olanlar oldu. Döyüş bölgəsinin - səngərin dəliqanlı əsgəri - mən düşdüm bunun üstünə, nə düşdüm. Sonrası da məlumdu...
Xəbər başqa çavuşlara çatdı, on-on beş çavuş, bir də onların "suka"ları gəlib töküldülər üstümə. Dalaşdıq. Əlbəttə ki, mən döyüldüm. Bu qeyri-bərabər gücün qarşısında görə kim desən, döyülərdi...

Sonralar həyatımda (elə əvvəllər də) belə hadisələr çox oldu. Həm də daha çox, necə deyərlər, "mənəvi"sindən...
Sürüylə üstümə gələnləri gördükcə bu insanların çaqqal təfəkkürlü olduqlarını daha çox anlamağa başladım.

Ən pisi də odur ki, bu “sürülər” yalnız onlara, şəxsən onlara aid olan məsələrdə hücuma keçirlər, heç bir ictimai-siyasi, mədəni, həyati məsələrdə bu sürüləri "hücumda" görməzsən. Həmişə çaqqal kimi pusquda dayanıb, leş gözləyrlər. Amma öz adamlarına azca toxunacaq həqiqəti söylə - qarşılarına aslandan qalma bir leş at, ondan sonra gerisini gör...

Məsələn, onların nəsil-nəcabətindən bir qıza adi söz atsan, bunu bilsələr, sürüylə gəlib adamı “yortarlar”, bunu kişilik də hesab edərlər. Amma gözlərinin qarşısında başqasının bacısını, anasını, gəlini hətta zorlayalar, heç dönüb baxmazlar da. Üstəlik, onlar da qoşulub zorlayarlar o qadını...

Facebookda naməlum kişilər

Facebookda bir qrup adam var, işləri-gücləri ancaq onun-bunun dalını güdməkdi. Görək kim kimə nə deyəcək, kim nə yazacaq, kim ona nə cavab verəcək...

Hətta dostluğunda olmayan adamlarla da bütün günü maraqlanır, ağız güdürlər. Eşitdiyimə görə, aralarında facebook söhbətlərindən qeybətlər düzəldir, bir araya gələndə ancaq onun-bunun arxasıyca danışırlar.

Əksəriyyəti kişi cinsindən olan bu naməlum varlıqlar, məsələn, gözləyirlər ki, bir xanım azad, rahat bir fikir yazsın, bunlar da başlasınlar onun dalınca şəbədə qoşmağa: "Filan qadın gəl-gəl deyir haa". Ətrafındakılar da başlayırlar: "Hə, vallah. Əxlaqsızın biridi-zad"...

Azad olan, gözəl olan, rahat olan hər şeyə nifrətlə baxırlar bu mental düşüncəli çürüklər... Bütün günü onun-bunun arxasıyca danışır, azad qadınlara şəbədə qoşur və öz aralarında da namus-qeyrət, ana-bacı söhbətləri edirlər... Araşdırsan, heç öz ana-bacılarından xəbərləri yoxdur, arxada nə oyunlardan çıxdılarını da bilmirlər...

Üstəlik də, həmişə çaqqal kimi sürü halında gəzərlər, onlardan birinə söz deyən olsa, o saat hamısı tökülər leşə cuman çaqqal kimi...

Ətraflarına da başdanxarab, psixoloji problemləri olan bir qrup “millət, vətən, xalq” deyən qadınları, qızları yığıblar, tanımadıqları adamlara söyüş söydürür, onların şərhlərini də ellikcə “like” edirlər. Məsələn, bu qadınlar, qızlar heç tanımadıqları adamları rahat söyə, onlara şər ata, nəsil-nəcabəti haqqında ağzına gələni danışa, şüvənlik edib diqqəti öz üzərlərinə çəkə bilirlər…

Kişili-oğlanlı, qızlı-qadınlı hamısının ortaq bir cəhəti var: “Milli-mənəvi dəyərlərin – mentalitetin keşiyində durmaq”... Sanki bunlardan əxlaqlı, təmiz, namuslu, qeyrətli, vətənsevər, xalqsevər, millətsevər, ailəsevər və s.-sevər adamlar yoxdu…

Özlərindən "virtual qəhərman" obrazı düzəldiblər, amma real həyata gələndə adamla ikiəlli görüşərlər... Qısacası, əxlaqsız arvadlardan betərdilər, oxucular da bağışlasın... Utancverici çaqqal təfəkkürü…


Teqlər:





Xəbər lenti