Yəhudi Cənnəti hərraca çıxarıb

Yəhudi Cənnəti hərraca çıxarıb
  04 İyun 2013    Oxunub:1811
Nyu-Yorkun ortodoksal yəhudi icmasının üzvü Ari Mandel “eBay” auksionunda cənnətdə yeri hərraca çıxarıb.
Həmin yerin saytdakı təsvirində deyilir ki, satışa çıxarılan yer Olam-Habanın (Allahın layiq olan insanları mükafatlandırdığı gələcək dünya) bir hissəsidir. Torpağın sahibi olduğunu iddia edən Mandelin sözlərinə görə, kim yaxşı qiymət təklif etsə, yeri ona satacaq.

Cənnətdəki yer üçün başlanğıc qiymət 99 sent təşkil edib, amma bir neçə saatdan sonra qeyri-adi yer üçün 100 min dollar təklif edilib.

Bəziləri bu elanı təhqir kimi qiymətləndirib və eBay-dən elanın silinməsini tələb ediblər. Nəticədə lot hərracdan götürülüb. Hərracın nümayəndələri bildiriblər ki, onlayn satış qaydalarına görə “yoxlanıla bilməyən” əşyaları satışa çıxarmaq olmaz.

AzVision.az


Teqlər:  





Xəbər lenti