Prezident ABŞ dövlət katibinin müşavirilə görüşüb

Prezident ABŞ dövlət katibinin müşavirilə görüşüb
  05 İyun 2013    Oxunub:1177
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də ABŞ dövlət katibinin enerji siyasəti üzrə müşaviri Amos Hoksteyni qəbul edib.

Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Birləşmiş Ştatların Prezidenti Barak Obamanın məktubunu dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyev ABŞ Prezidenti Barak Obamanın məktubuna görə minnətdarlığını bildirib.

Söhbətdə XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının əhəmiyyəti vurğulanıb, Azərbaycan Respublikası ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərimizin perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti