Məmmədyarov ABŞ-ın beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb

Məmmədyarov ABŞ-ın beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb
  05 İyun 2013    Oxunub:1281
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın nüfuzlu beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat vermişdir. Azərbaycanın regiondakı mövqeyi, Avropa və regionun enerji təminatında rolu, regional inkişaf layihələri və təhlükəsizlik məsələlərinə dair mövqeyini çatdırıb. Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən islahatlar barədə danışan nazir Elmar Məmmədyarov, tədbir iştirakçılarına ABŞ ilə Azərbaycan arasında ikitərəfli münasibətlər, Azərbaycan-NATO əməkdaşlığının daha da inkişaf etdirilməsi istiqamətləri barədə söz açıb.

Görüşün sonunda nazir Elmar Məmmədyarov iştirakçıların suallarını cavablandırıb.


Teqlər:





Xəbər lenti