Prezident ukraynalı katibi qəbul edib

Prezident ukraynalı katibi qəbul edib
  05 İyun 2013    Oxunub:1105
Prezident İlham Əliyev Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Klüyevi qəbul edib.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Klüyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Ukraynada çap olunmuş kitabı dövlətimizin başçısına təqdim etdi.

Azərbaycanın inkişafında və Azərbaycan-Ukrayna ikitərəfli əlaqələrinin möhkəmləndirilməsində Ulu Öndərin xidmətləri ehtiramla xatırlandı.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.


Teqlər:  





Xəbər lenti