Prezident seçkilərində vebkameraların sayı artırılacaq

Prezident seçkilərində vebkameraların sayı artırılacaq
  05 İyun 2013    Oxunub:1212
Belə ki, bu günə qədər ölkə üzrə seçki məntəqələrinin 10 faizini əhatə edən vebkameraların sayı bu ilki prezident seçkilərində 20 faizə çatdırılacaq.
Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. AzVision.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov rəhbərliyi ilə keçirilən iclasda MSK-nın 29 may 2013-cü il tarixli iclas protokolu təsdiq edilib. Daha sonra MSK-nın katibi Arifə Muxtarova MSK-nın normativ xarakterli bəzi aktlarının təsdiq edilməsi haqqında məlumat verib.

Bundan sonra MSK-nın normativ xarakterli aktları səsə qoyularaq qəbul olunub. İclasda cari məsələlərə də baxılıb. Eyni zamanda iclasda seçki günü səsvermə məntəqələrində veb-kameraların sayının artırılacağı barədə də müzakirələr aparılıb və seçki kabinalarının şəffaf rəngdə olması təklif olunub. Belə ki, bu il keçiriləcək prezident seçkilərində vebkamereların sayı 20 faizə çatdırılacaq. Həmçinin bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik də edilib.

Anar



Teqlər:  





Xəbər lenti