Mikayıl Cabbarov xaricilərlə görüşüb

Mikayıl Cabbarov xaricilərlə görüşüb
  05 İyun 2013    Oxunub:1416
Bu gün Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının və Britaniya Şurasının ölkəmizdəki nümayəndəliklərinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib.
Təhsil Nazirliyindən verilən məlumata görə, görüşlərdə BMT tərəfindən ölkə üzrə əlaqələndirici Antonius Bruk, Britaniya Şurası tərəfindən isə ölkə üzrə direktor Elizabet Uayt iştirak ediblər.

Görüşlər zamanı Azərbaycanda təhsil sahəsində davamlı inkişafın dəstəklənməsi, təhsilin keyfiyyətinin artırılması, birgə layihələrin həyata keçirilməsi, cari və gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti