Növbəti buraxılış imtahanları keçiriləcək

Növbəti buraxılış imtahanları keçiriləcək
  06 İyun 2013    Oxunub:1728
İmtahan keçiriləcək rayonların adları açıqlanıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, (TQDK) iyunun 7-də Naxçıvan MR, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala və Biləsuvar rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin və C. Naxçıvaniski adına hərbi liseyin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.
IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə 15:00-da başlanacaq.
Bu imtahanlarda iştirak edəcək şagirdlər buraxılış vərəqələrini internet vasitəsilə çap edə bilirlər.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

9-cu sinif şagirdləri:
1. İmtahana buraxılış vərəqəsini ;
2. şəxsiyyəti təsdiq edən sənədin əslini (Şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnaməsi olmayan və yaxud şəxsiyyət vəsiqəsində şəkli olmayan cari ilin məzunları üçün arayış - Əlavə 9 (arayışa şagirdin 3 x 4 sm ölçülü şəkli yapışdırılır və möhürlə təsdiqlənir).
11-ci sinif şagirdləri:
1. İmtahana buraxılış vərəqəsini;
2. şəxsiyyəti təsdiq edən sənədin əslini (Şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnaməsi olmayan və yaxud şəxsiyyət vəsiqəsində şəkli olmayan cari ilin məzunları üçün arayış - Əlavə 9 (arayışa şagirdin 3 x 4 sm ölçülü şəkli yapışdırılır və möhürlə təsdiqlənir);
9-cu sinif şagirdlərin buraxılış imtahanı haqqında məlumat
İyunun 7-də orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 92 imtahan mərkəzi ayrılıb:
İmtahan Naxçıvan MR-də 13, İmişlidə 4, Ağcabədidə 4, Ağdamda 3, Saatlıda 3, Sabirabadda 6, Füzulidə 4, Beyləqanda 5, Xocavənddə 1, Lənkəranda 6, Astarada 5, Masallıda 7, Lerikdə 7, Yardımlıda 5, Cəlilabadda 7, Salyanda 4, Neftçalada 3, Biləsuvarda 4 binada, C. Naxçıvaniski adına hərbi liseyin şagirdləri üçün isə 1 binada aparılacaq.
İmtahanda 32121 nəfər IX sinif şagirdinin (Naxçıvan MR-də 4375, İmişlidə 1734, Ağcabədidə 2101, Ağdamda 1369, Saatlıda 1354, Sabirabadda 2803, Füzulidə 807, Beyləqanda 1353, Xocavənddə 61, Lənkəranda 2522, Astarada 1428, Masallıda 2554, Lerikdə 850, Yardımlıda 1037, Cəlilabadda 2871, Salyanda 1889, Neftçalada 1013, Biləsuvarda 1754, C. Naxçıvaniski adına hərbi liseydə 246) iştirakı nəzərdə tutulub.
İmtahanın (9-cu sinif) idarə olunması üçün 2823 nəzarətçi-müəllim ayrılıb.
11-ci sinif şagirdlərin buraxılış imtahanı haqqında məlumat
İyunun 7-də orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 92 imtahan mərkəzi ayrılıb.


İmtahan Naxçıvan MR-də 13, İmişlidə 4, Ağcabədidə 4, Ağdamda 3, Saatlıda 3, Sabirabadda 6, Füzulidə 4, Beyləqanda 5, Xocavənddə 1, Lənkəranda 6, Astarada 5, Masallıda 7, Lerikdə 7, Yardımlıda 5, Cəlilabadda 7, Salyanda 4, Neftçalada 3, Biləsuvarda 4 binada, C. Naxçıvaniski adına hərbi liseyin şagirdləri üçün isə 1 binada aparılacaq.
İmtahanda 23835 nəfər XI sinif şagirdinin (Naxçıvan MR-də 4406, İmişlidə 1387, Ağcabədidə 1600, Ağdamda 812, Saatlıda 829, Sabirabadda 2094, Füzulidə 643, Beyləqanda 901, Xocavənddə 39, Lənkəranda 1780, Astarada 999, Masallıda 1632, Lerikdə 497, Yardımlıda 731, Cəlilabadda 2012, Salyanda 1171, Neftçalada 733, Biləsuvarda 1149, C. Naxçıvaniski adına hərbi liseydə 240) iştirakı nəzərdə tutulub.
İmtahanın (11-ci sinif) idarə edilməsi 1812 nəzarətçi-müəllim ayrılıb.
Hər iki imtahana ümumilikdə 224 imtahan rəhbəri cəlb edilib.
Buraxılış imtahanının qaydalarına görə:
- Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. Qeyd edək ki, TQDK tərəfindən buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları Komissiyanın internet saytında yerləşdirilmişdir.
İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
- Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.
- Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.
- Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti