Bənövşəyi tərəvəzlər ağıllandırır - FOTOLAR

Bənövşəyi tərəvəzlər ağıllandırır - FOTOLAR
  06 İyun 2013    Oxunub:4619
Dadı və rənginə görə tərəvəzlər müxtəlif olur.
Kanada alimləri isə bənövşəyi rəngli tərəvəzləri araşdırmaq qənaətinə gəliblər. Araşdırma nəticəsində məlum olub ki, tərkibində bol antikoksidant olan bənövşəyi rəngli tərəvəzlər digərlərindən daha xeyirlidir. Bu cür tərəvəzlər xərçəng xəstəliyi ilə mübarizədə əlverişli təsir bağışlayır və xərçəng hüceyrəsinin yayılmasının qarşısını alır.

Belə tərəvəzlər insanın ağlını artırır, hətta qocalmanın da qrşısını ala bilir. Belə tərəvəzlər sırasına badımcan, bənövşəyi kök, tut, turp, paxla, bənövşəyi kələm, çuğundur daxildir.

Bənövşəyi tərəvəzləri geni modifikasiya olunmuş tərəvəzlərə aid etmək olmur. Çünki onlara müdaxilə etmək çətindir.

Beyninizin daha yaxşı işləməsini istəyirsinizsə, onda bənövşəyi rəngli tərəvəzlər yeyin.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti