Kəmaləddin Heydərov görüş keçirəcək

Kəmaləddin Heydərov görüş keçirəcək
  06 İyun 2013    Oxunub:1542
Görüş Salyanda baş tutacaq
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 14 iyun 2013-cü il tarixində saat 10:00-dan Salyan şəhərində vətəndaşları qəbul edəcək.

Qəbulda Şirvan şəhərinin, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Saatlı, Biləsuvar və İmişli rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin inzibati binasında (ünvan: Salyan şəhəri, B.Talıblı küçəsi, 9) 12 iyun 2013-cü il tarixində saat 14:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

AzVision.az






Teqlər:





Xəbər lenti