Yaz sessiyasının aktiv və passiv deputatları – SORĞU

Yaz sessiyasının aktiv və passiv deputatları – SORĞU
  07 İyun 2013    Oxunub:1691
Milli Məclisin yaz sessiyası artıq başa çatıb. Bəs bu sessiyada fəallığı ilə yadda qalan deputatlar kimlər oldu? Bunu müəyyən etmək üçün AzVision.az jurnalistlər arasında ekspress-sorğu keçirib.
Gün.az saytının və “525-ci qəzet”in parlament müxbiri Kamil Həmzəoğlu (Həmidov):

- Millət vəkillərinin ən azı 70 faizinin fəaliyyətindən (fəaliyyətsizliyindən) narazıyam. Yenə də ənənəvi olaraq eyni millət vəkilləri - Qənirə Paşayeva, Zahid Oruc, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Sabir Rüstəmxanlı, Əli Əhmədov, Mübariz Qurbanlı, Siyavuş Novruzov, Ziyafət Əsgərov, Aydın Mirzəzadə, Bahar Muradova, Hadi Rəcəbli, Eldar İbrahimov, Fuad Muradov və başqa bir neçə millət vəkili öz fəallıqları ilə fərqləndilər. Ancaq bu sessiyada mənə ləzzət edən Zeynəb xanım Xanlarovanın az, ancaq saz çıxışları oldu.

“Səs” İnformasiya Agentliyinin (SİA) parlament müxbiri Samirə Abdullayeva:

- Düşünürəm ki, bu sessiyada daha aktiv deputatlar Zahid Oruc, Aydın Mirzəzadə, Fazil Mustafa Rasim Musabəyov oldu”

APA-nın parlament müxbiri Mübariz Aslanov bu sessiyanın da adi, o biri sessiyalar kimi keçdiyini bildirib:

- Ümumilikdə, bu il əksər deputatlarda aktivlik müşahidə olundu. Milli Məclisdə baş verən ən önəmli hadisə Amnistiya aktının qəbul olunması idi. Mehriban Əliyevanın təşəbbüsü ilə irəlü sürülən bu aktın qəbulu parlamentin fəaliyyətinin əsas hadisəsi idi. Millət vəkillərindən Zahid Oruc, Əli Hüseynli, Siyavuş Novruzov, Mehriban Əliyeva, Qənirə Paşayeva Əli Əhmədov, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Bahar Muradova, Ziyafət Əsgərov, Oqtay Əsədov, Hadı Rəcəbli daha aktiv oldular.

“Üç nöqtə” qəzetinin parlament müxbiri Elməddin Muradlı:

- Millət vəkilləri arasında fəal olanların 90%-i eyni insanlardır. Fazil Mustafa, Qüdrət Həsənquliyev,İqbal Ağazadə, Qənirə Paşayeva, Məlahət Ibrahimqızı, Ziyafət Əsgərova, Bahar Muradova, Fuad Muradov, Azay Quliyev fəal çıxış edən deputatlardan oldu.

Mediaforum.az saytının parlament müxbiri İmdad Əlizadə:

- Düşünürəm ki, bu sessiyada maraqlı müzakirələr olub. Aktiv deputatlar sırasında Vahid Əhmədovun, Qüdrət Həsənquliyevin, Siyavuş Novruzovun, İqbal Ağazadənin, Fazil Mustafanın, Qənirə Paşayevanın, Məlahət İbrahimqızının, Əli Əhmədovun, Bəxtiyar Əliyevin adlarını çəkmək olar.

Ann.az saytının parlament müxbiri Erkin Xəlilov:

- İqbal Ağazadəni, Sabir Rüstəmxanlını, Vahid Əhmədovu, Zahid Orucu, Musa Qasımlını digərlərinə nisbətən aktiv deputat hesab edirəm. Passiv deputatlar kimi isə Rövnəq Abdullayev, Rasim Musabəyov, Mixael Zabelin, Azər Badamov, Malik Həsənovun adlarını çəkə bilərəm.

Femida.az saytının parlament müxbiri Pərvin Abbasov:

-Aktiv deputat hesab etdiyim şəxslər: Siyavuş Novruzov, İqbal Ağazadə, Qüdrət Həsənquliyev, Oqtay Əsədov, Mehriban Əliyeva, Abel Məhərrəmov, Fazil Mustafa, Fuad Muradov, Aydın Mirzəzadə, Əli Hüseynli, Sabir Rüstəmxanlı, Hadı Rəcəbli, Zahid Oruc, Mübariz Qurbanlı.

Passiv deputatların adlarını çəkmək istəməzdim. Onsuz da deputatların az qala yarıya qədəri adətən ya çıxış etmir, ya da nadir hallarda danışır.


“Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoy:
- Ümumilikdə bir sıra deputatlar aktiv fəaliyyətləri ilə yadda qaldı. Onların çıxışları, səsləndirdikləri təkliflər parlament fəaliyyətini izləyənlərin diqqətində olduğu üçün konkret ad çəkməyə ehtiyac görmürəm. Amma əvvəllki illərdə Parlament Jurnalistlər Birliyinin keçirdiyi sorğularda passivliyilə diqqət çəkən bir çox deputatlar bu dəfə də ənənələrinə sadiq qalıb, müzakirələrdə iştirak etməməyi üstün tutdular. Bir sıra hallarda onlar hesab edirlər ki, seçicilərinin problemlərilə məşğul olurlar və passiv deputat kimi xarakteriz olunmaları düzgün deyil. Amma hər halda, partlametdəki fəaliyyətləri ilə diqqəti cəlb etmədilər.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti