Türkiyə vətəndaşının qatili tapıldı

Türkiyə vətəndaşının qatili tapıldı
  07 İyun 2013    Oxunub:1240
Ağır cinayətin üstü açıldı
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi qətlə yetirilən Türkiyə vətəndaşı ilə bağlı rəsmiu məlumat yayıblar. DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, respublikanın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir ağır cinayətin qısa müddət ərzində açılması təmin edilib.

Xəbər verildiyi kimi, iyunun 5-də saat 19.00 radələrində paytaxtın Azərbaycan prospektindəki 23 saylı binanın 21-ci mənzilində "Göyçay Kərpicsan" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru, Türkiyə Respublikasının vətəndaşı Mehmet Alimin üzərində zorakılıq əlamətləri olan meyidi aşkar olunub.

Dərhal prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyidə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Fakta görə Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş təxirəsalınmaz tədbirlərlə qətlin Bakı şəhər sakini Rasim Məmmədov tərəfindən törədildiyi müəyyən edilib və o, tutularaq istintaqa cəlb olunub.

İlkin istintaqla müəyyən edilib ki, Rasim Məmmədov Mehmet Alimi şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncunun ofisində bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Hazırda iş üzrə istintaq davam etdirilir.


Teqlər:  





Xəbər lenti