“2” alanların sayı açıqlandı

“2” alanların sayı açıqlandı
  07 İyun 2013    Oxunub:1391
TQDK iyunun 2-də Bakı və Sumqayıt şəhərlərinin və Abşeron rayonunun orta ümumtəhsil müəssisələrinin Azərbaycan və rus bölmələrinin IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarında məzunların aldıqları qiymətləri açıqlayıb.
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, buraxılış imtahanlarında IX siniflər üzrə şagirdlərinin 17,06 faizi ana dilindən, 16.38 faizi isə riyaziyyatdan “2”, 41.18 faizi ana dilindən, 37.63 faizi riyaziyyatdan “3”, 25.68 faizi ana dilindən, 24.87 faizi riyaziyyatdan “4”, 16.09 faizi ana dilindən, 21.12 faizi isə riyaziyyatdan “5” qiyməti alıblar. Onun sözlərinə görə, buraxılış imtahanlarında iştirak edən XI sinif şagirdlərinin də nəticələri müxtəlif olub. Belə ki, orta məktəblərin sonuncu sinfində təhsil alan şagirdlər üçün keçirilən buraxılış imtahanlarında onların 7.25 faizi “2”, 34.34 faizi Ana dili fənnindən “3”, 37.32 faizi “4”, 21.10 faizi “5” qiyməti alıb. “Riyaziyyat” fənnindən isə son sinfin məzunlarının 7.20 faizi “2”, 29.65 faizi “3”, 41.08 faizi “4”, 22.07 faizi isə “5” qiyməti alıb.

E. Nağızadə qeyd edib ki, IX sinif məzunları Ana dili və Riyaziyyat fənlərinin hər birindən 0-7 suala düzgün cavab verdikdə “2”, Ana dili və Riyaziyyat fənlərinin hər birindən 8-16 suala düzgün cavab verdikdə “3”, Ana dilindən 17-23, riyaziyyatdan 17-22 suala düzgün cavab verdikdə “4”, Ana dilindən 24-30, Riyaziyyatdan 23-30 suala düzgün cavab verdikdə “5” qiyməti alıblar.
XI sinif məzunları isə Ana dili və Riyaziyyat fənlərinin hər birindən 0-7 suala düzgün cavab verdikdə “iki”, Ana dilindən 8-17, Riyaziyyatdan 8-16 suala düzgün cavab verdikdə “üç”, Ana dilindən 18-25, Riyaziyyatdan 17-24 suala düzgün cavab verdikdə “dörd”, Ana dilindən 26-30, Riyaziyyatdan isə 25-30 suala düzgün cavab verdikdə “beş” qiyməti alıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti