Penitensiar xidmətin əməkdaşları “Azərkosmos”-da

Penitensiar xidmətin əməkdaşları “Azərkosmos”-da
  08 İyun 2013    Oxunub:1616
Onlar “Azərspace-1”-in orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi ilə yaxından tanış ediliblər.
Ədliyyə nazirliyinin Penitensiar xidmətinin Baş idarəsinin əməkdaşlarının müxtəlif mədəni-kütləvi və maarifləndirici tədbirlərdə iştirakı davam edir. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, həmin tədbirlər çərçivəsində Penitensiar xidmətin Baş idarəsinin şəxsi heyətinin üzvləri Rabitə və informasiya texnologiyaları nazirliyinin “Azərkosmos” ASC – nin idarəetmə terminalında olublar.

“Azərkosmos” ASC-nin fəaliyyəti ilə tanışlıq zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2013-cü ilin İnformasiya Kommunikasiya Texnologiyaları ili elan edilməsi və ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər barəsində müfəssəl məlumat verilib. “Azərkosmos” ASC-nin mütəxəssisləri tərəfindən Penitensiar xidmətin əməkdaşları Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki olan “Azərspace-1”-in orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi ilə yaxından tanış ediliblər.

AzVision.az



Teqlər:  





Xəbər lenti