İlham Əliyev və Serj Sarkisyan görüşməyəcək

İlham Əliyev və Serj Sarkisyan görüşməyəcək
  08 İyun 2013    Oxunub:1349
Danışıqların növbəti raundu barədə razılaşma olmayıb.
Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli barədə danışıqlarının növbəti raundu üçün razılığa gələ bilməyiblər. İTAR-TASS-ın məlumatına görə, bu barədə ölkələrdən birinin nümayəndə heyətlərindəki diplomatik mənbə bildirib Qeyd olunub ki, iyunun 12-də Avstriyanın Zalsburq şəhərində keçirilməsi gözlənilən görüş baş tutmayacaq. Buna baxmayaraq məsələyə yayın sonu-payızın əvvəlində yenidən baxılacağı gözlənilir.

Xatırladaq ki, bir müddət əvvəl erməni mətbuatı Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın Zalsburqda Dağlıq Qarabağa dair danışıqlar aparmaq məqsədilə görüşəcəklərini və hər iki ölkənin xarici işlər nazirlərinin artıq görüş hazırlıqlarına başladığını yazmışdı.

Səbinə
AzVision.az


Teqlər:  





Xəbər lenti