Nazir vətəndaşları qəbul edəcək

Nazir vətəndaşları qəbul edəcək
  08 İyun 2013    Oxunub:1515
Nəqliyyat naziri Ziya Məmmədov Şirvan rayonunda vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbul 19 iyun 2013-cü il tarixində Şirvan şəhərində keçiriləcək.

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin yerlərdə yüksək səviyyədə təşkili, mövcud problemlərin araşdırılması və həll edilməsi, şikayət xarakterli müraciətlərə baxılması və təkliflərinin öyrənilməsi, qərarların qəbulu prosesinə ictimaiyyətin cəlb olunması məqsədi ilə Nəqliyyat Naziri Ziya Məmmədov 19 iyun 2013-cü il tarixində Şirvan şəhərində Şirvan, Hacıqabul, Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli, Beyləqan və Füzuli rayonlarından olan vətəndaşların qəbulunu keçirəcəkdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti