Qusar prokurorluğunun yeni binasına baxış keçirilib

Qusar prokurorluğunun yeni binasına baxış keçirilib
  08 İyun 2013    Oxunub:1374
Baş prokuror Zakir Qaralov Qubada şimal bölgəsindən olan vətəndaşları qəbul edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları Prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-dan verilən məlumata görə, dünən Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Quba rayon prokurorluğunun inzibati binasında bu rayondan, eləcə də Qusar, Xaçmaz, Şabran və Siyəzəndən olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib və abidəsi önünə gül dəstələri qoyulub.
Məlumata əsasən, Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.
Gün ərzində Baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir hissəsi elə yerindəcə öz həllini tapıb.
Vətəndaşların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, xəbərsiz itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar, təsərrüfat, əmlak, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsi təmin edilib.

Qəbuldan sonra Baş prokuror Qusar rayon prokurorluğunun yeni inşa edilmiş inzibati binasına baxış keçirmiş, binanın istifadəyə verilməsini ölkəmizdə prokurorluq orqanlarının rolunun artırılmasında böyük əhəmiyyəti olan “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Yeni inzibati binada əməkdaşlar üçün hər cür şərait yaradılmış, bütün otaqlar kompüter və ən müasir avadanlıqlarla təmin edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti