Xanım jurnalistə yüksək vəzifə verildi

Xanım jurnalistə yüksək vəzifə verildi
  29 İyul 2015    Oxunub:8672
Tanınmış teleaparıcı, İTV-nin İnformasiya və İctimai-siyasi verilişlər Departamentinin keçmiş direktoru Mehparə Quliyevaya vəzifə verilib.
AzVision.az Atv.az-a istinadən xəbər verir ki, Telejurnalist Əmlak Məsələləri Dövlət Komitəsində şobə müdiri vəzifəsinə təyin olunub. Hərracların Təşkili üzrə Auksion Mərkəzinə şöbə müdiri vəzifəsinə təyinat alan Mehparə Quliyeva uzun müddət yazılı və elektron mətbuat orqanlarında, o cümlədən 10 ilə yaxın İctimai Televiziyada işləyib. “İşgüzar zaman”, “Xalq seçir” verilişlərinin, 10-a yaxın sənədli filmin, gündəlik efirə gedən “İqtisadiyyat” xəbər buraxılışının aparıcısı olub.

İTV-də böyük redaktor, Xəbərlər Departamentinin, həmçinin İnformasiya və ictimai-siyasi verilişlər departamentinin direktoru, Analitik.az saytının direktoru vəzifələrində çalışıb.



Teqlər:





Xəbər lenti