Nazir vətəndaşları qəbul edəcək

Nazir vətəndaşları qəbul edəcək
  10 İyun 2013    Oxunub:1230
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazir Əli Abbasov tərəfindən iyun ayının 19-da Şəki şəhərində (Şəki, Zaqatala, Qax, Balakən, Oğuz,Qəbələ rayonları, Mingəçevir şəhərinin sakinləri üçün) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, ümumiyyətlə bu sahədə bölgədə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır.

Qəbula yazılmaq istəyən vətəndaşlardan [email protected] elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, (012) 598 38 18 nömrəli telefon (regionlardan edilən zənglər pulsuzdur) vasitəsilə əlaqə saxlamaları xahiş olunur.

Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Qeyd edək ki, nazir Əli Abbasovun il ərzində digər bölgələrdə də vətəndaşlarla görüşləri planlaşdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti