Sumqayıtda gənc dənizdə batdı

Sumqayıtda gənc dənizdə batdı
  14 Avqust 2015    Oxunub:2214
Sumqayıtda 21 yaşlı oğlan dənizdə batıb.
AzVision.az-ın Fövqaladə Hallar Nazirliyinin (FHN) saytına istinadla verdiyi xəbərə görə, avqustun 13-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 600 metr sola, nəzarətsiz ərazidə) 1994-cü il təvəllüdlü Ülvi Rauf oğlu Abdullayev dənizdə batması barədə məlumat daxil olub.

FHN-nin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Aparılan axtarış tədbirləri nəticəsində Ü.Abdullayevin meyiti batdığı yerdə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.

Bir müddət əvvəl Novxanıda 30 yaşlı gənc suda batıb və onun meyiti tapılaraq aidiyyatı üzrə təhvil verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti