Nizamini kim farslaşdırıb?

Nizamini kim farslaşdırıb?
  11 İyun 2013    Oxunub:1572
“Euronews”-un orijinal materialında o, Azərbaycan şairi kimi təqdim olunub
“Euronews” telekanalının Azərbaycan şairi Nizami Gəncəvini fars şairi kimi təqdim etməsi Azərbaycanda narazılığa səbəb olub.

KİV-də yayılan məlumatlara görə, iyunun 9-da telekanalda “Azərbaycan həyatı” silsiləsində “Gəncə - fars dahisi Nizaminin vətəni” adlı süjet yayımlayıb. Mak Dauellin hazırlarıdığı və ümumilikdə Gəncəyə həsr olunmuş süjetdə bir cümlədə deyilir ki, Nizami Gəncəvi XII əsrin fars şairidir və Azərbaycanda doğulub.

Amma maraqlıdır ki, verilişlin kanalın ingilis dilində yayımlanan orijinal versiyasında bu cümlə yoxdur. Onu rus versiyasının tərcüməçiləri əlavə ediblər. Bunu hər iki versiyanı tutuşduraraq da görmək mümkündür.

Rus versiyası:



Orijinal versiyaya isə saytın səhifəsində baxa bilərsiniz

Mövzunu davam etdirəcəyik.


Teqlər:  





Xəbər lenti