“Bu il nömrələrin daşınması layihəsinə başlanacaq”

“Bu il nömrələrin daşınması layihəsinə başlanacaq”
  11 İyun 2013    Oxunub:1183
Hazırda bizim mövcud operatorlarla gərgin iş aparılır.
“Azərbaycanda daşınan nömrələrin layihəsinə bu ildən başlanacaq”. AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib. Nazir müavininin sözlərinə görə, bu layihə ən maraqlı layihələrdən biridir.

“Əsas məqsəd mobil abunəçi olan əhalimizin bu xidmətlərdən istifadə edərək çox asanlıqla malik olduğu nömrə əsasında bir operatordan digər operatora keçmək imkanın yaradılması imkanından söhbət gedir. Hazırda bizim mövcud operatorlarla gərgin iş aparılır. Operatorlar müvafiq hazırlıqları təmin edirlər. Hazırlıq tam başa çatdıqdan sonra bu layihənin icrasına başlanması gözlənilir”-deyə E.Vəlizadə vurğulayıb.

Anar



Teqlər:  





Xəbər lenti