İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
  11 İyun 2013    Oxunub:1440
İlham Əliyev və Əhməd Davudoğlu keçiriləcək Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası ilə bağlı müzakirə aparıblar.

Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib. AzVision.az xəbər verir ki, görüş zamanı nazir ölkə başçısına Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəp Tayyip Ərdoğanın salamlarını çatdırıb.

Dövlət Başçısı Azərbaycan və Türkiyə arasındakı münasibətlərin inkişafından duyduğu məmnuniyyətli dilə gətirib. İlham Əliyev və Əhməd Davudoğlu Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası ilə bağlı müzakirə aparıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti