Dənizdə boğulan şəxs xilas edilib

Dənizdə boğulan şəxs xilas edilib
  11 İyun 2013    Oxunub:1077
Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər özünü intihar məqsədi ilə dənizə atıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər özünü intihar məqsədi ilə dənizə atıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri həmin şəxsi xilas edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 14:30-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti