Rövnəq Abdullayev Facebookda verilən sualları cavablandırıb

Rövnəq Abdullayev Facebookda verilən sualları cavablandırıb
  11 İyun 2013    Oxunub:1437
Rövnəq Abdullayev Facebook sosial şəbəkəsində ona ünvanlanan suallara video müsahibə vasitəsilə cavab verib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Facebook sosial şəbəkəsində ona ünvanlanan suallara video müsahibə vasitəsilə cavab verib. Mayın 24-dən bəri şirkət prezidentinə ünvanlanan sualları R.Abdullayev cavablandırıb.

ARDNŞ-ın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ARDNŞ rəsmi Facebook səhifəsində yeni layihəyə start verib. Layihə çərçivəsində şirkətin prezidenti Rövnəq Abdullayev səhifə istifadəçilərinin suallarını görüntülü cavablandıracaq. Layihənin məqsədi təklif və iradlarının ARDNŞ rəhbərliyinə daha asan və sürətli çatdırılmasıdır. Obyektivliyin təmin edilməsi məqsədilə göndərilən suallar arasından ən çox “Like” toplayanlar seçilərək cavablandırılacaq. Ünvanlanan sualların intensivliyi və aktuallığı nəzərə alınaraq R.Abdullayev ay ərzində bir və ya bir neçə dəfə oxucuları maraqlandıran məsələlərə aydınlıq gətirəcək.

Müsahibəni təqdim edirik:



Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti