Mamalıq və Ginekologiya İnstitutu təmirə bağlanıb

Mamalıq və Ginekologiya İnstitutu təmirə bağlanıb
  11 İyun 2013    Oxunub:10377
ET Mamalıq-Ginekologiya İnstitutunun bir müddətlik bağlanması bu sahədə heç bir boşluğun və problemin yaranmasına səbəb olmayacaq.
Artıq bir neçə gündür ki, paytaxtın Yasamal rayonunda yerləşən Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna vətəndaşlar qəbul olunmur. Səbəb isə İnstitutun təmirə bağlanmasıdır.

AzVision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat katibi Anar Qədirli məlumat verib. Onun sözlərinə görə, prezidentin sərəncamına görə, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun təmirinə və təchiz olunmasına vəsait ayrılıb: "Tibb personalı başqa yerlərə də yəqin ki, göndəriləcək. Hamısının maaşı isə olduğu kimi saxlanılır.Hazırda səhiyyə ocağında yenidən qurma işləri aparılır. Bu səbəbdən də müəssisəyə vətəndaşların qəbulu dayandırılıb. Elmi - Tədqiqat İnstitutunun bir müddətlik bağlanması bu sahədə heç bir boşluğun və problemin yaranmasına səbəb olmayacaq".

Anar Qədirli bildirib ki, analoqu olmayan bir mərkəz yaradılacaq: "Yəni həm təchizat baxımından, həm də şərait baxımdan. Bu sahəyə təsiri olmayacaq, çünki bilirsiz Respublika Perinatal Mərkəz var. Bütün gücü öz üzərinə götürə bilər. Həm xəstələri, həm təzə doğulan uşaqların nəzarətdə saxlanması, həm də hansısa bir problemli doğuşlar olarsa, onları Perinatal Mərkəz həll edəcək".

Qeyd edək ki, işlər qrafikə uyğun aparılır, nə vaxt yekunlaşacağı isə hələlik bəlli deyil.

AzVision.az


Teqlər:  





Xəbər lenti