AJB-nin sədri Xalidə Xalidə cavab verdi

AJB-nin sədri Xalidə Xalidə cavab verdi
  12 İyun 2013    Oxunub:1611
Elçin Şıxlı Xalidə Xalidi tanımadı
İranda həbs edilən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas alim, araşdırmaçı-yazar Xalidə Xalid həbsdə saxlandığı şərait və yaşadıqları barədə “Gündəlik Teleqraf”a müsahibə verib. O müsahibəsində "Ayna-Zerkolo" qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birlyinin sədri Elçin Şıxlıya müraciət edib:

"Xalidə Xalid o insandır ki, 2000-ci ildə kiminsə vasitəsilə, xahiş-minnətlə Azərbaycan Jurnalistlər Birliyinə üzv olmayıb. O zaman AJB-də Ramiz Əsgər çalışırdı. Dedi ki, AJB-yə üzv ol. Onda Lənkərandan Bakıya təzə gəlmişdim, ona söylədim ki, hələ hazır deyiləm. Həmin vaxtda qürur duydum ki, Ramiz Əsgər kimi ziyalı məni üzvlüyə dəvət edir. Mən də razılıq verdim. Məgər Elçin Şıxlı, sən məni tanımırsan?”.

AzVision.az Elçin Şıxlı ilə əlaqə saxalyıb xanım yazarın müraciətinə münasibət öyrənib: "Mən həqiqətən də Xalidə Xalidi AJB-nin üzvi kimi tanımamışam "- deyərək, E. Şıxlı cavab verib.

Şahanə RƏHİMLİ


Teqlər:





Xəbər lenti