Elmar Məmmədyarov həmkarı ilə görüşdü

Elmar Məmmədyarov həmkarı ilə görüşdü
  12 İyun 2013    Oxunub:1138
Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Malayziyanın xarici işlər naziri Dato Sri Anifahı qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov malayziyalı həmkarını salamlamış və iki ölkə arasındakı münasibətlərin inkişafından məmnunluğunu bildirib. Həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayaraq, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Malayziya əməkdaşlığının möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

Malayziyanın xarici işlər naziri Dato Sri Anifah ölkəmizə səfər etməkdən məmnunluğunu bildirmiş və ölkəmizin dinamik iqtisadi inkişafından təsirləndiyini diqqətə çatdırmışdır. Həmçinin Bakıda Fələstinlə bağlı konfransların yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.

Görüşdə qarşlıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti