YUNESKO-nun keçmiş rəhbəri Bakıya gəlir

YUNESKO-nun keçmiş rəhbəri Bakıya gəlir
  12 İyun 2013    Oxunub:1096
YUNESKO-nun keçmiş rəhbəri Federiko Mayor Zaragoza Bakıya gələcək
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, komitənin dəstəyi ilə YUNESKO-nun 1987-1999-cu illər üzrə Baş Direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qəyyumlar Şurasının üzvü Federiko Mayor Zaragoza iyul ayında Bakıya səfərə gələcək. Səfərin əsas məqsədi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin və Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyət planının qurulması, eləcə də dünyanın bir sıra nüfuzlu qurumlarının dəstəyi ilə fəaliyyət göstərəcək Qlobal Liderlər Şurasının təsisinin elan olunmasıdır.

Səfər çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşkil etdiyi Cənubi Qafqaz Forumunun növbəti fəaliyyət planının müəyyənləşdirilməsi də nəzərdə tutulur. Federiko Mayor Zaragoza bildirib ki, Cənubi Qafqaz Forumunun Bakı toplantısının böyük uğuru sivilizasiyalar alyansının qurulmasında böyük addım olacaq.

Qonaqların Diasporla İş üzrə Dövlət Komitəsində görüşlər keçirməsi də nəzərdə tutulubdur.


Teqlər:





Xəbər lenti