Məmmədyarov səfirləri qəbul etdi

Məmmədyarov səfirləri qəbul etdi
  12 İyun 2013    Oxunub:1248
Azərbaycan və Körfəz Ölkələri Əməkdaşlıq Şurası arasında Memorandum imzalanıb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Körfəz Ölkələrinin Əməkdaşlıq Şurasının(KƏŞ) baş katibi Əbdül Lətif bin Rəşid Əl-Zəyani və bu quruma üzv ölkələrin səfirlərini qəbul edib. AzVision.az-ın Xarici İşlər nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, tərəflər Azərbaycan və təşkilat arasında əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər. Görüşün yekununda Azərbaycanla Körfəz Ölkələrinin Əməkdaşlıq Şurası arasında əməkdaşlığın inkişafına dair qarşılıqlı anlaşma haqqında Memorandum imzalanıb.

E. Məmmədyarov bildirib ki, Memorandumun imzalanması iki tərəf arasında əməkdaşlıq üçün yeni imkanlar açacaq. Rəşid Əl-Zəyani isə Fələstinə yardım üzrə donor konfransının keçirilməsi ilə əlaqədar Azərbaycanı təbrik edib. O qeyd edib ki, imzalanan Memorandum Azərbaycanla iqtisadiyyat, mədəniyyət, ticarət və investisiyalar sahəsində əlaqələrin gücləndirilməsinə əsas yaradacaq. Qonaq Azərbaycanı və Körfəz ölkələrini ümumi maraqların birləşdirdiyini vurğulayıb: “Bir çox məsələlər üzrə mövqelərimiz üst-üstə düşür”.

AzVision.az


Teqlər:  





Xəbər lenti