Fizuli Ələkbərov İsveçrəyə səfər edib

 Fizuli Ələkbərov İsveçrəyə səfər edib
  13 İyun 2013    Oxunub:1339
Nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) 102-ci sessiyasında iştirak etmək üçün Cenevrədə səfərdədi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının (BƏT) 102-ci sessiyasında iştirak etmək üçün Cenevrədə səfərdədir.

Sessiyada müasir dünyada qlobal xarakterli müxtəlif amillərin, o cümlədən demoqrafik və ətraf mühit dəyişikliklərinin əmək münasibətləri və sosial müdafiə sahəsinə yönələn qeyri-pozitiv təsirləri, bu təsirlər fonunda sosial ədalət prinsiplərinin, əmək bazarında sabitliyin qorunub saxlanılması üçün sosial partnyorluq imkanlarının inkişaf etdirilməsi, habelə məcburi uşaq əməyinin bütün formalarının aradan qaldırılması sahəsində əsrin çağırışları müzakirə olunur.

Tədbirdə BƏT-in Baş direktorunun müvafiq sahədə mövcud vəziyyətlə bağlı həyata keçirilən sosial siyasət və İnzibati Şura sədrinin bir il ərzində görülmüş işlər barədə məruzələri, həmçinin yeni demoqrafik vəziyyətdə məşğulluq və sosial müdafiə, davamlı inkişaf və layiqli əmək, sosial dialoqun artan rolu üzrə hesabatları da nəzərdən keçirilir.

Səfər çərçivəsində nazir Fizuli Ələkbərovun BƏT-in Baş direktoru Qay Rayder və təşkilatın digər rəhbər şəxsləri, sessiyada iştirak edən bir sıra üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri və sosial tərəfdaşlarla ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulur.



Teqlər:  





Xəbər lenti