Səhiyyə Nazirliyi imtahan keçirdi

Səhiyyə Nazirliyi imtahan keçirdi
  27 İyun 2013    Oxunub:1286
Bu gün Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrində mərkəzləşdirilmiş qaydada işə qəbula dair növbəti imtahan keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 05.09.2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə tibb işçilərinin vakant yerlərə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.

Mərkəzləşdirilmiş qaydada işə qəbulun əsas məqsədi hər bir namizədin bilik və peşə bacarığını, ümumi dünyagörüşünü, tibb müəssislərində işləmək bacarığının səviyyəsini müəyyən etməkdən ibarətdir.

Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə elan olunmuş 38 ixtisas üzrə vakant yerlərə 250 müraciət daxil olub. Onlardan 208 nəfəri imtahanlarda iştirak hüququ qazanıb. İştirakçıların sayı nəzərə alınmaqla işə qəbul imtahanlarının 27 iyin, 2 iyul və 4 iyil 2013-cü il tarixlərində keçirilməsi planlaşdırılıb. Bu gün 27.06.2013-cü il tarixində keçirilmiş imtahanda 90 nəfər iştirak edib.

Növbəti imtahanlar 02 və 04.07.2013-cü il tarixlərində keçiriləcək.


Teqlər:  





Xəbər lenti