Şirkət 4000 manat cərimələnib

Şirkət 4000 manat cərimələnib
  28 İyun 2013    Oxunub:1167
Araşdırmalar davam etdirilir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən Xırdalan şəhəri, Bakı-Şamaxı yolu 18-ci km ünvanında fəaliyyət göstərən Elxan Fətəliyevə məxsus “Mineral” MMC-də dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, portlandsement və beton qarışığı istehsalı ilə məşğul olan müəssisədə aparılmış araşdırma zamanı müəyyən olunub ki, istehsal zamanı istismar olunan 33 ədəd müxtəlif ölçmə vasitəsinin heç biri müqayisəli dövlət yoxlamasından keçirilməyib. Bu isə “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun (Maddə 11.1) və ГОСТ 8.513-84 dövlətlərarası standartın tələblərinə ziddir.

Aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq müəssisənin rəhbərinə ölçmə vasitələrinin müqayisəli dövlət yoxlamasından keçmədiyi üçün istismardan çıxarılması barədə Tələbnamə verilib, İnzibati Xətalar Məcəlləsinin 228.0.12-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilib və “Mineral” MMC 4000 (dörd min) manat məbləğində cərimə olunub. Müəssisədə istehsal olunan “ПЦ400 Д20” markalı portlandsementdən nümunə götürülüb və sınaqların aparılması üçün laboratoriyaya təqdim edilib.

Mirvari



Teqlər:





Xəbər lenti